Nokia 5000 - Proqramlar

background image

13. Proqramlar

Telefonunuzun proqram təminatı xüsusi olaraq bu Nokia telefonu üçün hazırlanmış

bəzi oyunlar və Java proqramlarını özündə birləşdirə bilər.
Seç Menyu > Proqramlar.
Oyuna başlamaq və ya proqramı açmaq üçün, seç Oyunlar və ya Kolleksiya. Oyun və

ya proqram üçün diyirlə və seç Aç.
Oyunlar və proqramlar üçün nəzərdə tutulan boş yaddaşın həcminə baxmaq üçün seç

Seçim > Yaddaşın statusu.
Oyunu və ya proqramı yükləmək üçün seç Seçim > Yükləmələr > Oyun

yükləmələri və ya Proq. yükləmələri. Sizin telefon J2ME™ Java proqramlarını

dəstəkləyir. Proqramı yükləməzdən əvvəl onun sizin telefonla uyğunluq təşkil etdiyinə

əmin olun.

Mühüm: Yalnız Symbian imzalı və ya Java Verified

TM

yoxlamasından keçən

proqramlar kimi etibar etdiyiniz və zərərli proqramlara qarşı müvafiq təminat təklif edən

qoşma proqramları yükləyin və istifadə edin.
Yüklənilmiş proqramlar Qalereya yerinə Proqramlar da saxlanıla bilər.