Musiqi pleyeri
Telefonda musiqilərə, MP3-lərə və ya AAC səs fayllarına qulaq asmaq üçün musiqi
pleyeri var. Qalereya > Musiqi fayl. və Səsyazmalar–də saxlanmış səs faylları
avtomatik tapılır.
Xəbərdarlıq: Musiqiyə orta səs dərəcəsində qulaq asın. Davamlı yüksək səs
dərəcəsində qulaq asmaq sizin eşitmə qabiliyyətinizə mənfi təsir edə bilər. Mikrofon
istifadə edildikdə cihazı qulağınıza yaxın tutmayın, çünki səs dərəcəsi çox yüksək ola
bilər.
Menyu > Medya > Musiqi pleyeri seçin.
Səslənməyə başlamaq və ya fasilə vermək üçün orta seçmə düyməsini sıxın.
Çalınan musiqi cığırının əvvəlinə keçmək üçün düyməni sola fırladın.
Əvvəlki musiqi cığırına keçmək üçün fırlanma düyməsini sola iki dəfə fırladın.
Növbəti musiqi cığırına keçmək üçün düyməni sağa fırladın.
Yenidən sarımaq üçün fırlanma düyməsini sola doğru sıxıb saxlayın.
İrəli sarımaq üçün fırlanma düyməsini sağa doğru sıxıb saxlayın.
Səslənən zaman səs ucalığını nizamlamaq üçün yuxarı aşağı fırladın.
Pleyerin səsini kəsmək və ya səsləndirmək üçün # sıxın.
Musiqi pleyerini fonda səsləndirmək üçün bitir düyməsini sıxın. Musiqi pleyerini
dayandırmaq üçün bitir düyməsini sıxıb saxlayın.
Media
© 2008 Nokia. Bütün hüquqlar qorunur
23