7. Kontaktlar
Seç Menyu > Kontaktlar.
Siz adları və telefon nömrələrini telefon yaddaşında və SİM kart yaddaşında saxlaya
bilərsiniz. Telefon yaddaşı kontaktları nomrələr və mətn parçaları ilə saxlaya bilər. SİM
kart yaddaşında saxlanılan adlar və nömrələr
işarə ilə göstəriliblər.
Kontaktı əlavə etmək üçün seçin Adlar > Seçiml. > Yeni kont. əl. et. Kontakta
təfsilatları əlavə etmək üçün istifadə olunan yaddaşın Telefon və ya Telefon və SIM
olduqunu yoxlayın. Seçin Adlar, ada doğru diyirləyin və seçin Detallar > Seçim >
Detal əlavə et.
Kontaktı axtarmaq üçün seçin Adlar, və kontaktlar siyahısını diyirləyin yaxud adın ilk
hərflərini daxil etməklə adı axtarın.
Telefonun və SİM kartın yaddaşları arasında kontaktın surətini çıxartmaq üçün seçin
Adlar > Seçim > Kontaktı kopyala. SİM kart yaddaşı hər bir ad üçün yalnız bir telefon
nömrəsini saxlaya bilər.
Kontaktlarınız üçün SİM kartın və ya telefon yaddaşını seçmək üçün, adların və
nömrələrin kontaktlarda necə göstərildiyini seçmək üçün və kontaktlar üçün boş və
istifadə olunan yaddaş həcmini nəzərdən keçirmək üçün seçin Parametrlər.
Siz digər şəxsin əlaqə məlumatını vCard standartını dəstəkləyən cihazdan biznes kartı
şəklində göndərə və ya qəbul edə bilərsiniz. Vizitkanı göndərmək üçün seçin Adlar,
məlumatı göndərmək istədiyiniz kontaktı axtarın və seçin Detallar > Seçim > Vizit
kart göndər.