
Giriş kodları
Təhlükəsizlik kodu sizin telefonunuzu icazəsiz istifadədən mühafizə etməkdə kömək
edir.
SIM kartla birgə verilən PIN kod kartı icazəsiz istifadədən qoruyur. Bəzi SIM kartlarla
birgə verilən PIN 2 kodu müəyyən xidmətlərə daxil olmaq üçün tələb olunur. Əgər PIN
və ya PIN2 kodunu ardıcıl olaraq üç dəfə yanlış daxil etsəniz sizdən PUK və ya PUK2
kodu tələb olunacaq. Əgər bu kodları bilmirsinizsə, xidmət təminatçınızla əlaqə
saxlayın.
SIM kartınızın təhlükəsizlik modulundakı məlumata daxil olmaq üçün modul PIN kodu
tələb olunur. Rəqəmsal imza üçün PIN imzası tələb oluna bilər. Zəngi qadağan etmə
xidmətindən istifadə edərkən qadağan etmə parolu tələb olunur.
Telefonunuzun giriş kodlarından və təhlükəsizlik parametrlərindən istifadəsini
nizamlamaq üçün Menyu > Parametrlər > Təhlükə/-sizlik.