Nokia 5000 - Şəbəkə xidmətləri

background image

Şəbəkə xidmətləri

Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə ehtiyacınız var.

Xüsusiyyətlərin çoxu xüsusi şəbəkə xüsusiyyətləri tələb edir. Bu xüsusiyyətlər bütün

şəbəkələrdə mövcud deyil; şəbəkə xidmətlərindən istifadə etməkdən öncə digər

şəbəkələr Sizdən xidmət təminatçınızla xüsusi razılıq əldə etməyinizi tələb edə bilər.

Xidmət təminatçınız Sizə təlimatlar verə bilər və onun tərəfindən hansı haqların tətbiq

olunmasını izah edə bilər. Müəyyən şəbəkələrdə Sizin şəbəkə xidmətindən istifadənizə

təsir edə biləcək məhdudiyyətlər mövcud ola bilər. Misal üçün, dildən asılı olmayan

simvollar və xidmətlər müəyyən şəbəkələr tərəfindən təmin edilməyə bilər.
Sizin xidmət provayderiniz tələb edə bilər ki, cihazınızda quraşdırılmış müəyyən

funksiyalar istifadə edilməsin və aktivləşdirilməsin. Bu halda bu funksiyalar Sizin

menyunuzda görünməyəcək. Sizin cihazınız menyu adlarında, menyu ardıcıllığında və

təsvirlərdə dəyişiklər kimi xüsusi konfiqurasiyalara da malik ola bilər. Daha ətraflı

məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.
Bu cihaz TCP/IP protokollarına daxil olan WAP 2.0 protokollarını (HTTP və SSL)

dəstəkləyir. Bu cihazın multimedia mesajlaşma(MMS), e-mail əlavəsi, sürətli

© 2008 Nokia. Bütün hüquqlar qorunur

7

background image

mesajlaşma kimi müəyyən elementləri bu texnologiyalar üçün şəbəkə təminatını tələb

edir.